12 əsr sonra (film, 2014)
12 əsr sonra qısametrajlı sənədli televiziya filminin müəllifi Ramal Məmişovdur. Film rejissor Fərhad Zamanbəyov tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Naxçıvan televiziyasında istehsal edilmişdir. Film Babək rayonunun təşkil olunması tarixindən, onun dünənindən və bu günündən ətraflı bəhs edir.
== Məzmun ==
Film Babək rayonunun təşkil olunması tarixindən, onun dünənindən və bu günündən ətraflı bəhs edir. 1978-ci il oktyabrın 23-də təşkil olunmuş yeni rayona mərkəzi hakimiyyətin iradəsinin əksinə olaraq Babək adının verilməsi Heydər Əliyevin qətiyyətinin nəticəsi idi.
Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir.
Babək rayonunda Elektrik şəbəkəsi, Yol Təmir istismar sahəsi, Rabitə idarəsi kimi dövlət müəssisələri, sutkada 25 min kərpic (tuğla) istehsal gücünə malik Kərpic zavodu, Sirab mineral sular zavodu, Uzlük plitələr zavodu, "Şərab-2" Üzüm Emalı Səhmdar Cəmiyyəti, Qoşadizə, Hacıvar və Cəhri dəyirmanları fəaliyyət göstərir.